"İnter" klubu icarə əsasında heyətində olan Nikola Zalevskini birdəfəlik transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "neradzuri" 23 yaşlı futbolçu üçün "Roma"ya 6 milyon avro ödəyəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Zalevski bu ilin yanvarında "İnter"ə qoşulub. O, Milan təmsilçisinin heyətində 12 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.