AZ

“Gənc Psixometrik” təcrübə proqramının təlimləri başlayıb

Dövlət İmtahan Mərkəzinin təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə həyata keçirilən “Gənc Psixometrik” təcrübə proqramının ilkin mərhələsi olan təlimlərə start verilib. AzEdu.az xəbər verir ki, təlimlər həftədə iki dəfə ­ çərşənbə axşamı və cümə axşamı DİM-in elektron imtahanlar korpusunda keçiriləcəkdir.

Qeyd edək ki, proqram müddətində qiymətləndirmə və statistika üzrə təlimlərin keçirilməsi, real datalar üzrə praktiki tapşırıqların yerinə yetirilməsi və layihələrin icrası nəzərdə tutulub. Layihənin məqsədi psixometriya və təhsilin qiymətləndirilməsi sahəsində nəzəri və praktik biliklərin mənimsədilməsi, statistik təhlil metodlarının öyrədilməsi və qiymətləndirmə alətlərinin effektiv tətbiq edilməsi üçün mütəxəssislər hazırlamaqdır.

Seçilən
0
azedu.az

1Mənbələr