Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Azreform.info "Report"a istinadən xəbər verir ki, Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.