Dünən keçirilən “Barselona”- “Real” derbisindən sonra son 18 “El Klasiko” matçında tərəflər arasında heç-heçə qeydə alınmayıb ki, bu da əzəli rəqabətdə ən uzun müddətdir. Bu barədə “Opta Sports” məlumat yayıb.
"Barselona"nın 4:3 hesablı qələbəsi ilə yekunlaşan görüşdən sonra məlum olub ki, bu iki əzəli rəqib arasındakı 8 qarşılaşma “Barselona”nın xeyrinə başa çatıb ki, bu oyunlardan 4-ü cari mövsüm baş tutub. 10 qarşılaşma isə Madrid klubunun qələbəsi ilə bitib.
Mətləb