AZ

Qətərdən Trampa veriləcək 400 milyon dollarlıq hədiyyə ilə bağlı açıqlama

Qətərin ABŞ-dəkı mətbuat attaşesi Əli Əl-Ənsari “Politico”ya diqqət çəkən açıqlamalar verib. O, bildirib ki, Qətər rəsmiləri hələ ABŞ prezidenti Donald Trampa 400 milyon dollarlıq “Boeing 747-8” hədiyyə edib-etməmək barədə qərar verməyiblər.


Əl-Ansarinin sözlərinə görə, hazırda məsələ nəzərdən keçirilir və yekun qərar hələ qəbul edilməyib.

Bundan əvvəl Amerikanın ABC telekanalı öz mənbələrinə istinadən maraqlı məlumat yaymışdı. Telekanalın məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Qətər kral ailəsindən hədiyyə olaraq Boeing 747-8 təyyarəsini qəbul etməyə hazırlaşır.

Nəşr iddia edib ki, Qətər hətta gələn həftə təyyarəni qarşı tərəfə təhvil verə bilər. Tramp isə artıq fevral ayında "West Palm Beach" hava limanına enən zaman təyyarəni yoxlamışdı.

Aprel ayında Ağ Evin mətbuat katibi Karolin Livit Trampın mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edəcəyini açıqlamışdı. Xüsusilə, Amerika lideri Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində səfərdə olacaq.



Tural

Seçilən
0
news365.az

1Mənbələr