AZ

Alonsonun “Real”a gətirmək istədiyi iki ulduzun adı bilindi

“Real Madrid” klubu ilə anlaşdığı irəli sürülən “Bayer Leverkuzen”in məşqçisi Xabi Alonso İspaniya təmsilçisindən bəzi transferlər tələb edib. Metbuat.az xəbər verir ki, məşqçi “Real”a iki futbolçunun transferini irəli sürüb. İddialara görə, Xabi Alonso “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi və “Bayer Leverkuzen”in müdafiəçisi Conatan Tayanın xidmətində maraqlıdır. İddia edilir ki, Xabi Alonso həmçinin “Bayer Leverkuzen”in futbolçusu Florian Virtzin transferini tələb etsə də, o “Bavariya” klubu ilə razılığa gəlib. Martin Subimendinin də “Arsenal”la razılıq əldə etdiyinə dair iddialar var.

Qeyd edək ki, Xabi Alonso “Bayer Leverkuzen”dən ayrılacağını açıqlayıb.

Seçilən
0
metbuat.az

1Mənbələr