AZ

ABŞ Putinin danışıqlarda çox güclü mövqedə olduğunu bəyan edib

ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı bütün sanksiyalara baxmayaraq, hələ də Ukraynada danışıqlar aparmaq üçün çox güclü mövqedədir...

Poliqon xəbər verir ki, onun sözlərini The Hill nəşri sitat gətirib 

O, Rusiyanın iqtisadi sanksiyalardan əziyyət çəkməsinə baxmayaraq, Vladimir Putinin hələ də çox güclü siyasi mövqedə olduğunu bildirib.

"Ancaq bu müharibə uzandıqca, məncə, onun mövqeyi həqiqətən də zəifləyir. Əsl sual, bunun ABŞ-ın səyləri və Avropanın Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq səyləri ilə baş verib-verməyəcəyidir",  ekspert bildirib.

Boltonun sözlərinə görə, Rusiya lideri artıq çoxlu güzəştlər alıb və Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan ərazini saxlamaq niyyətindədir.

Poliqon.info 

Seçilən
0
poliqon.info

1Mənbələr