Qətər rəsmiləri hələ ABŞ prezidenti Donald Trampa 400 milyon dollarlıq “Boeing 747-8” hədiyyə edib-etməmək barədə qərar verməyiblər...
Poliqon xəbər verir ki, bu barədə Qətərin ABŞ-dakı mətbuat attaşesi Əli Əl-Ənsari “Politico”ya deyib.
Əl-Ansarinin sözlərinə görə, hazırda məsələ nəzərdən keçirilir və yekun qərar hələ qəbul edilməyib.
Bundan əvvəl Amerikanın ABC telekanalı mənbələrə istinadən məlumat vermişdi ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Qətər kral ailəsindən hədiyyə olaraq Boeing 747-8 təyyarəsini qəbul etməyə hazırlaşır.
Telekanalın məlumatına görə, Qətər gələn həftə təyyarəni təhvil verə bilər. Fevral ayında West Palm Beach hava limanına enən zaman Tramp artıq təyyarəni yoxlamışdı.
Poliqon.info