AZ

Qaxın iki kəndində güclü külək və yağış fəsadlar törədib

Ötən gün axşama doğru Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub. Qax şəhəri və ona yaxın Qaxbaş və Qaxingiloy kəndlərində əsən güclü külək, leysan yağışları və qısamüddətli dolu bir sıra fəsadlar yaradıb.

Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, güclü külək nəticəsində Qaxbaş və Qaxingiloy kəndlərin ərazisində bir neçə irigövdəli ağacı aşırıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb. Həmçinin həmin kəndlərdə bir neçə evin və yardımçı tikililərin dam örtüyünün bir hissəsinə ziyan dəyib. Müvafiq qurumlar tərəfindən dərhal tədbir görülərək elektrik enerjisinin verilməsi bərpa olunub. Hazırda rayonun yaşayış məntəqələrində elektrik enerjisi, mavi yanacağın verilməsində heç bir məhdudiyyət yoxdur.

Komissiyadan o da bildirilib ki, qarşıdakı günlərdə qeyri-sabit hava şəraitinin davam etməsi nəzərə alınaraq rayon ərazisindən axan dağ çaylarının yaxınlığına ehtiyat ağır texnikalar cəlb olunub, müvafiq qurumların əməkdaşları növbəlilik əsasında iş rejiminə keçib.

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr