AZ

Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var – Səbəb nədir? – VİDEO

Azərbaycanda ali təhsil müəssələrində 7,8, hətta 9 min manata illik təhsil xərcləri olan ixtisaslar var.  

KONKRET.az xəbər verir ki, bu sözləri “Xəzər Xəbər”ə müsahibəsində təhsil eksperti Rizvan Fikrətoğlu deyib. Onun sözlərinə görə, “Dirijorluq”,”Bəstəkarlıq”,”Vokal sənəti”, “İnstrumental ifaçılıq” ixtisasının illik xərci 9 min manat təşkil edir.

Ekspert deyir ki,  “Tibb”, “Müalicə işi” kimi ixtisaların illik xərci 8 min, “Stomatologiya”, “Dekorativ-tətbiqi sənət”, “Heykəltəraşlıq”, “Rəngkarlıq” ixtisasının illik xərci 7 min manat , “Tibb bacısı işi”, “Fizioterapiya və tibbi reabilitasiya”, “Əczaçılıq” ixtisasının illik xərci isə 6 min manat təşkil edir. İllik xərcin ən aşağı məbləği isə 2100 manatdır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Seçilən
0
7
konkret.az

8Mənbələr