AZ

Ukrayna təşəbbüsü ələ keçirdi – Müharibə İstanbulda dayandırılacaq?

BAKI, 12 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda (Türkiyə) keçiriləcək sülh danışıqları üçün rusiyalı həmkarı Vladimir Putini şəxsən görüşməyə dəvət etməklə diplomatik oyun oynayır.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Britaniya nəşrinin fikrincə, Ukrayna lideri bununla təşəbbüsü Putindən alaraq, ona təzyiq göstərir.

Nəşr xatırladır ki, 30 günlük atəşkəs təklifi mayın 10-da Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin Kiyevə səfəri zamanı irəli sürülüb. Britaniya Baş naziri Kir Starmer deyib ki, Putin təklifi rədd edərsə, Rusiyaya qarşı sanksiyalar gücləndiriləcək və Kremli yenidən danışıqlar masasına oturtmaq üçün Ukraynanın müdafiəsi üçün hərbi yardım artırılacaq.

Buna cavab olaraq Putin Ukraynanı əvvəlki atəşkəs razılaşmalarını pozmaqda günahlandırıb, amma bununla belə o, hər iki tərəfin bu cümə axşamı İstanbulda görüşə biləcəyini söyləyib.

“İstanbulda Putinlə birbaşa görüş təklif etməklə, Zelenski təşəbbüsü ələ keçirdi və indi nadir hallarda kortəbii səyahət edən Rusiya liderinə təzyiq göstərir”, - məqalədə qeyd olunur.

Seçilən
0
39
teleqraf.com

10Mənbələr