AZ

Qətər Trampa dəbdəbəli “Uçan saray” bağışlayıb

ABŞ prezidenti Donald Trampın administrasiyası Qətərdən “uçansaray” kimi tanınan dəbdəbəli Boeing 747-8 təyyarəsini Air Force One kimi müvəqqəti istifadə üçün hədiyyə almağı planlaşdırır.

Bu barədə ABC News öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, təxminən 400 milyon dollar dəyərində olan təyyarə əvvəllər Qətər kral ailəsinə məxsus olub. O, ABŞ-ın müdafiə podratçısı L3Harris tərəfindən prezidentin nəqliyyat standartlarına cavab vermək üçün yenidən qurulacaq.

Plan, Trampın səlahiyyət müddəti bitdikdən sonra təyyarənin onun dövlətə bağışlanmasını nəzərdə tutur. Bu, 2029-cu il yanvarın 1-dən gec olmayaraq baş verməlidir və bununla bağlı xərclər ABŞ Hərbi Hava Qüvvələri tərəfindən ödənilməlidir.

Tramp administrasiyasının hüquq məsləhətçiləri iddia edirlər ki, razılaşma ABŞ Konstitusiyasını pozmur, çünki təyyarə şəxsən prezidentə deyil, ABŞ hökumətinə verilir.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
0
oxumeni.az

1Mənbələr