"Real Madrid" braziliyalı futbolçusu Vinisius Junior ilə yeni müqavilə imzalayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki,Vinisiusun nümayəndələri bu həftə "Real"ın rəsmiləri ilə görüşüb və tərəflər razılığa gələ biliblər.
Braziliyalı oyunçu 20 milyon avro qazanacaq (vergilər çıxdıqdan sonra), bonuslarla isə bu məbləğ 30 milyona çata bilər.
O, "Real"ın ən çox maaş alan futbolçusu olacaq.