AZ

"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bröyne karyerasını İtaliyada davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Calciomercato" məlumat yayıb.

Mənbənin məlumatına görə, yayda azad agentə çevriləcək 33 yaşlı belçikalı ilə "Napoli" maraqlanır. Neapollu idman direktoru Covanni Manna hələlik futbolçu ilə maraqlandıqlarını təsdiqləməyib.

Aprelin əvvəlində De Bröyne mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayıb. O, 2015-ci ildən şəhərlilərin heyətində çıxış edir.

Seçilən
0
operativmedia.az

1Mənbələr