AZ

Nanəli suyun xeyirləri

Yay aylarında həm sərinləşdirici, həm də faydalı içki axtaranların ilk seçimlərindən biri nanəli sudur. Həm dadı, həm də orqanizmə verdiyi faydalarla nanəli su, son illərdə daha çox populyarlıq qazanır.Metbuat.az xəbər verir ki, nanənin tərkibindəki təbii efir yağları və antioksidantlar sayəsində bu içki bir sıra sağlamlıq faydaları ilə seçilir. Mütəxəssislər bildirir ki, nanəli su:
  • Həzm sistemini yaxşılaşdırır – xüsusilə yeməkdən sonra qəbul edildikdə mədədəki ağırlığı və qaz problemini azaldır.
  • Baş ağrısını yüngülləşdirə bilər – nanənin təbii sakitləşdirici təsiri baş ağrılarına qarşı faydalıdır.
  • Tənəffüs yollarını açır – mentol tərkibli bu içki nəfəs almağı asanlaşdırır.
  • İmmunitet sistemini gücləndirir – nanə vitamin və minerallarla zəngin olduğu üçün bədənin müqavimətini artırır.
  • Dərinin parlaqlığını artırır – toksinlərin atılmasına kömək etdiyindən dəri sağlam görünür.
Ev şəraitində nanəli su hazırlamaq olduqca asandır. Sadəcə təmiz suya bir neçə təzə nanə yarpağı əlavə edin və bir müddət soyuducuda saxlayın.

Həkimlər bildirirlər ki, hər hansı xroniki xəstəliyi olan şəxslər bu içkini gündəlik rasiona daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Seçilən
0
metbuat.az

1Mənbələr