AZ

London və Avropa arasında yeni razılaşma - birgə müdafiə və təhlükəsizlik paktı

BAKI, 12 may. TELEQRAF

Britaniya və Avropa rəsmiləri tezliklə birgə müdafiə və təhlükəsizlik paktını açıqlamağa hazırlaşırlar.

Teleqrafxəbər verir ki, bunu “The Times” yazıb.

Belə ki, Avropa İttifaqından çıxan London yenidən onun müdafiə siyasətinin bir hissəsinə çevriləcək.

Pakt bu həftənin əvvəlində təqdim oluna bilər. Qeyd olunur ki, tərəflər arasında razılaşma Britaniya ilə Avropa İttifaqının yaxınlaşmasına gətirib çıxaracaq.

Məqalədə vurğulanır kimi, London və Aİ “ən böyük təhlükə” ilə üz-üzədir və müdafiə razılaşmasına ehtiyac var. Təhdidlərin xüsusilə Ukrayna münaqişəsi ilə bağlı olduğu bildirilir. Əlavə məlumat verilmir.

Seçilən
0
teleqraf.com

1Mənbələr