AZ

Tramp ABŞ tarixindəki ən mühüm sərəncamı açıqladı

BAKI, 12 may. TELEQRAF

Amerika lideri Donald Tramp sosial şəbəkədə “ABŞ tarixinin ən mühüm icra sərəncamlarından birini” imzaladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, qərarının amerikalılara dərmanları ucuz qiymətə almağa imkan verəcək.

Donald Tramp ABŞ-də dərmanların şişirdilmiş qiymətləri üzərində düşünüb. Ağ Ev rəhbəri deyib ki, tezliklə hər şey dəyişəcək: dərmanlar “demək olar ki, dərhal” 30-80% ucuzlaşacaq.

Amerika lideri əczaçılıq məhsullarının qiymətlərini indiyə qədər ən aşağı səviyyədə saxlayacaq sərəncam verməyi planlaşdırır.

O yazıb: "Ölkəmizlə nəhayət ədalətlə davaranacaqlar və vətəndaşlarımızın səhiyyə xərcləri heç vaxt olmadığı qədər azalacaq.

"Üstəlik, ABŞ trilyonlarla dollara qənaət edəcək", - Donald Tramp yekunlaşdırıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr