PSJ-nin hücumçusu Usman Dembele 2024/2025 mövsümü üçün Liqa 1-in ən yaxşı oyunçusu semilib.
QOL.az xəbər verir ki, fransalı futbolçu mükafatı Milli Peşəkar Futbolçular İttifaqından (UNFP) alıb.
Qeyd edək ki, Dembele bu mövsüm Liqa 1-də 28 matçda 21 qol vurub və 8 məhsuldar ötürmə edib.