BAKI, 12 may. TELEQRAF
“Beşiktaş”ın norveçli baş məşqçisi Ule Qunnar Sulşer Superliqanın “Adana Dəmirspor”la oyunundan sonra maraqlı açıqlama verib.
Teleqraf xəbər verir ki, media nümayəndəsinin “klub prezidenti Serdal Adalı yeni transfer olacağını bəyan edib. O, “məşqçimiz kimi istəsə, onu transfer edəcəyik” deyib. Kimi transfer etmək istəyirsiz” sualına zarafatla cavab verib: “Mən Erlinq Holanı istəyirəm”.
Qeyd edək ki, “Beşiktaş” öz meydanında “Adana Dəmirspor”u 4:1 hesabı ilə məğlub edərək, 3-cü pilləyə yüksəlib. “Qara qartallar” 33 oyundan sonra 58 xal toplayıb.