AZ

ABŞ və Çin ticarət kəsirinin azaldılması ilə bağlı razılığa gəlib

ABŞ və Çin arasında Cenevrədə aparılan danışıqların nəticəsi olaraq, tərəflər ticarət balansındakı kəsirin azaldılması barədə razılıq əldə ediblər.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

ABŞ nümayəndə heyətinə daxil olan maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib ki, razılaşmanın detalları mayın 12-də ictimaiyyətə açıqlanacaq.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp səmərəli keçən danışıqların nəticələri barədə tam məlumatlandırılıb.

Seçilən
0
apa.az

1Mənbələr