Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətinin Rılsk şəhərində rus hərbçilərinin dislokasiya yerinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ukrayna seqmentində məlumatlar yayılıb.
Bildirilib ki, 40-cı əlahiddə dəniz piyada briqadasının yerləşdirmə məntəqəsinə zərbə endirilib. Hücumda Amerika raketindən istifadə edilib. Dağıntılar altında rus əsgərlərinin olduğu qeyd edilir.