Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 36-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Udineze” – “Montsa” matçında qonaqlar qələbə qazanıblar. “Verona” – “Leççe” görüşü bərabərliklə yekunlaşıb.
Lider “Napoli” də evdə qarşılaşdığı “Cenoa” ilə matçdan xal itkisi ilə ayrılıb. Neapol təmsilçisinin bu itkisi əsas izləyici “İnter”in işinə yarayıb. Milan təmsilçisi səfərdə “Torino”ya qalib gəlməklə aradakı xal fərqini minimuma endirib.
36-cı turun qalan görüşləri mayın 12-də keçiriləcək.
İtaliya, A Seriyası
36-cı tur
9 may
Milan – Bolonya 3:1
Qollar: S.Ximenes, 73; 90+2. Pulişiç, 79 – Orsolini, 49.
10 may
Komo – Kalyari 3:1
Qollar: Kakre, 40. Strefessa, 45+2. Kutrone, 77 – Adopo, 22.
Latsio – Yuventus 1:1
Qollar: Vesino, 90+6 – Kolo Muani, 51.
Empoli – Parma 2:1
Qollar: Fassini, 11. Anyorin, 86 – Dyuriç, 73.
11 may
Udineze – Montsa 1:2
Qollar: Lukka, 75 – Kaprari, 52. Balde, 90.
Verona – Leççe 1:1
Qollar: Koppola, 41 – Krstoviç, 23.
Torino – İnter 0:2
Qollar: Zalevski, 14. Asllani, 49-pen.
Napoli – Cenoa 2:2
Qollar: Lukaku, 15. Raspadori, 64 – Meret, 32-öz qapısına. X.Vaskes, 84.
12 may
20:30. Venesiya – Fiorentina
22:45. Atalanta – Roma