Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Ayntraxt” – “Sankt Pauli” matçında qalib müəyyənləşməyib. “Ştutqart” doğma meydanda “Auqsburq”a 4 cavabsız qolla qalib gəlib. Ötən mövsümün qalibi olmuş “Bayer” isə bu turda Dortmund “Borussiya”sını qəbul edib. Leverkuzen təmsilçisi doğma meydanda məğlubiyyətə üzülüb.
Beləliklə, Bundesliqanın cari mövsümünün geridə qalmış 33 turundan sonra “Bayern” 79 xalla vahid liderdir. “Bayer” 68 xalla ikinci, “Ayntraxt” 57 xalla üçüncü pillədə qərarlaşıb. “Frayburq” 55, “Borussiya” (Dortmund) 54, “Maynts” və “Leypsiq” 51, “Verder” 48, “Ştutqart” 47 xal toplayıb.
Almaniya, Bundesliqa
33-cü tur
9 may
Volfsburq – Hoffenhaym 2:2
Qollar: Estiqor, 1-öz qapısına. Vind, 81 – Kaderabek, 34. Bulter, 84.
10 may
Boxum – Maynts 1:4
Qollar: Holtmann, 84 – Amiri, 45+3. Mvene, 53. Burkardt, 73. Nebel, 90+3.
Holştayn – Frayburq 1:2
Qollar: Rozenbum, 24 – Manzambi, 45+2. Holer, 58.
Union Berlin – Haydenhaym 0:3
Qollar: Bek, 12; 73. Şoppner, 56.
Verder – Leypsiq 0:0
Bayern – Borussiya (Mönhenqladbax) 2:0
Qollar: H.Keyn, 31. Olise, 90.
11 may
Bayer – Borussiya (Dortmund) 2:4
Qollar: Frimponq, 31. Hofmann, 90+2 – Brandt, 33. Ryerson, 43. Adeyemi, 73. Girassi, 77.
Ayntraxt – Sankt Pauli 2:2
Qollar: Kristensen, 1. Batşuayi, 71 – Saliakas, 4. Gilavoqi, 16.
Ştutqart – Auqsburq 4:0
Qollar: A.Karazor, 8. Voltemade, 51. Millot, 80. E.Demiroviç, 87.