Almaniya Bundesliqasını tərk edəcək ikinci komanda məlum olub.
Sportinfo.az xəbər verir ki, 33-cü turda “Frayburq”a uduzan “Holştayn”ın (1:2) elita ilə vidalaşacağı rəsmiləşib.
Komanda 33 turdan sonra 25 xalla 17-ci sıradadır.
Daha əvvəl “Bohum”un 2-ci Bundesliqaya düşəcəyi dəqiqləşmişdi.