Yeni Papa XIV Leo Kiprə səfərə dəvət olunacaq.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Kipr arxiyepiskopu Corc Papa Fransisklə görüşmək üçün Vatikana səfərinin ləğvini şərh edərkən bildirib.
“Biz mütləq Romaya səfər edəcəyik, onu (Leo XIV - red.) Kiprə səfərə dəvət edəcəyik və əminəm ki, Kipr Pravoslav Kilsəsinin Vatikanla təmasları prosesini davam etdirəcəyik.
Corc əlavə edib ki, yeni papa ilə görüşə hazırlaşmaq üçün başqa prosedurlardan da istifadə olunacaq.