AZ

“Turan Tovuz”un uduzması futbolçularımda rahatlıq yaratdı” - Elmar Baxşıyev

“Araz-Naxçıvan” Misli premyer-liqasının 34-cü turunda səfərdə “Qarabağ”a məğlub oldu – 0:2.

“Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev oyundan sonra jurnalistlər önünə çıxıb.

- Çətin oyun oldu. Komandam üçün ağır oyun oldu. Təəssüf ki, yekunda qələbə qazana bilmədik.

- Maçadonun əvəzlənməsinin səbəbi nə idi?
- Maçado ən zəif oyunlarından birini keçirdi. Ümumi götürəndə komanda şəklində zəif oynadıq. Rəqib bizdən daha üstün və istəkli idi.

- Bu gün “Qarabağ” daha motivasiyalı idi.
- Səbəb axtarsaq, çox dərinə gedərik. “Turan Tovuz”un uduzması futbolçularımda rahatlıq yaratdı.

- “Araz Naxçıvan” gələn mövsümdən Naxçıvanda oynayacaq?
- Bilmirəm.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
0
football-plus.az

1Mənbələr