AZ

Son dəqiqə! Putin getməsə də, Zelenski İstanbula gedəcək – Sülh masasında kimin yeri boş qalacaq?

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin atəşkəslə bağlı yekun qərarından asılı olmayaraq, mayın 15-də Türkiyəyə gedəcək. Bu barədə məlumatı Axios nəşri Ukrayna rəsmisinə istinadla yayıb. Məlumata görə, Rusiya bazar ertəsi – mayın 13-nə qədər atəşkəsə razılıq verməsə belə, Zelenski Türkiyədə keçiriləcək görüşlərdə iştirak etmək niyyətində qətidir.

Musavat.com xəbər verir ki, Bu qərar, sülh prosesi baxımından kritik və simvolik məna daşıyır. Rusiya Prezidenti Vladimir Putinin 15 mayda İstanbulda Ukrayna ilə birbaşa danışıqlara başlaması barədə irəli sürdüyü təklif fonunda, Zelenskinin bu jesti həm diplomatik, həm də informasiya müharibəsində əhəmiyyətli siqnaldır.

Ukrayna tərəfinin strateji gedişi

Zelenskinin iştirakı, Kiyevin sülh prosesində aktiv, məsuliyyətli və təşəbbüskar tərəf olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Bu, eyni zamanda beynəlxalq ictimaiyyətə Rusiya ilə fərqli mövqedə dayandıqlarını göstərmək üçündür: Ukrayna danışıqlara hazırdır, Rusiya isə qeyri-müəyyənlik nümayiş etdirir.

Əgər Putin özü təklif etdiyi görüşə qatılmasa, bu, Rusiya üçün diplomatik imic itkisi ilə nəticələnə bilər. Xüsusilə ABŞ Prezidenti Donald Trampın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh təşəbbüslərinə açıq şəkildə dəstək verdiyi bir vaxtda, Moskvanın masadan imtina etməsi, onun təcrid vəziyyətini daha da dərinləşdirə bilər.

Volodimir

Türkiyə yenə mərkəzdə – Azərbaycanın roluna oxşar diplomatik aktivlik

Zelenskinin səfəri və görüşün İstanbulda planlaşdırılması Türkiyənin bu prosesdəki artan rolunu bir daha təsdiqləyir. Son illərdə həm Rusiya, həm də Qərb paytaxtlarına eyni məsafədə duran Ankara, diplomatik müzakirələr üçün mühüm platformaya çevrilib. Bu nümunə Azərbaycana da paralel göstərilə bilər. Bakı illərdir bloklararası dialoqlar, o cümlədən NATO–Rusiya, Türkiyə–İsrail, İran - İsrail və digər regional qarşıdurmaların yumşaldılması prosesində arxa planda mühüm vasitəçilik missiyası həyata keçirib.

Russia

İstanbul danışıqları – real sülh yoxsa simvolik təzyiq vasitəsi?

Əgər 15–16 may tarixlərində keçiriləcək bu tarixi görüş baş tutarsa və yalnız bir tərəf – Ukrayna iştirak edərsə, bu zaman danışıqlar faktiki olaraq başlamasa da, sülhə “hazır olan” və “hazır olmayan” tərəflər ictimai rəyə daha aydın görünəcək. Bu, informasiya savaşı baxımından Kiyevin üstünlük qazanması anlamına gəlir.

Lakin Putinin iştirak etməsi və İstanbulda masaya əyləşməsi, prosesin real nəticələr doğura biləcəyini göstərəcək. Bu halda, Türkiyənin, daha geniş mənada isə regional güclərin diplomatik səyləri konkret nəticəyə çevrilə bilər.

Hazırkı vəziyyət onu göstərir ki, 15-16 may İstanbulu təkcə coğrafi deyil, həm də siyasi baxımdan sülh üçün həlledici nöqtəyə çevirə bilər.

Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr