AZ

Bayraktar TB3 uçuş sınaqlarını uğurla davam etdirir

BAKI, TurkicWorld

Bayraktar TB3 Pilotsuz Uçuş Aparatı (PUA) Türkiyə Silahlı Qüvvələrinin ən böyük dəniz təlimlərindən biri olan DENİZKURDU-2025 çərçivəsində, uçuş sınaqlarını uğurla davam etdirir.

TurkicWorld xəbər verir ki, bu barədə Baykar şirkəti məlumat verib.

Məlumata görə, Keşandan havalanan PT-3 və PT-4 prototip nömrəli iki Bayraktar TB3 SİHA TCG Anadolu gəmisinə uğurla yerləşdirildi.

Gəmidə sursat yükləmə testləri keçirildi və PUA-lar ardıcıl şəkildə tam avtonom uçuş və eniş həyata keçirdi.

Bütün yüksəliş və enişlər Baykar tərəfindən hazırlanan süni intellekt dəstəkli missiya alqoritmləri ilə həyata keçirildi.

Məlumat üçün bildirək ki, PT-3 və PT-4 nömrəli Bayraktar TB3-lər hər biri iki ədəd MAM-L (Miniatur Aviasiya Bombası) daşıyaraq, quru hədəflərinə salvo atəşi açacaq.

Seçilən
0
turkic.world

1Mənbələr