Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Leqal.info Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya Prezidentinin mayın 15-dən etibarən İstanbulda keçirilməsi təklif olunan birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası təşəbbüsü ətraflı müzakirə olunub.
Qeyd edilib ki, Ərdoğan Rusiyanın bu təklifini tam dəstəkləyərək, İstanbul meydançasını təqdim etməyə hazır olduğunu bildirib. Türkiyə tərəfi davamlı sülhün əldə edilməsinə yönəlmiş danışıqların təşkili və aparılmasında hər cür köməklik göstərəcəyini vurğulayıb.
Rusiya Prezidenti Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçirilən bayram tədbirlərinin nəticələri və bu günlər ərzində həyata keçirilən yüksək səviyyəli beynəlxalq əlaqələr barədə təəssüratlarını türkiyəli həmkarı ilə bölüşüb.
Liderlər həmçinin ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsində, eləcə də enerji sektorunda strateji birgə layihələrin həyata keçirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta