Bakı. Trend:
Tərtərdə dolu kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurub.
Trend-inQarabağ bürosu xəbər verir ki, rayonun Kəbirli, Xoruzlu və Bayandurkəndinə düşən dolu kəndlilərə məxsus günəbaxan, dənli bitkilər, yembitkiləri tarlasına və meyvə bağlarına ziyan vurub.
Hələ ki, dəymiş ziyanın miqdarı ilə bağlı dəqiq məlumatyoxdur.
Bundan başqa oxşar hal Bərdə rayonunda baş verib. Xüsusilərayonun Cicimli kəndində fərdi əkin təsərrüfatına ziyan dəyib.