Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Purovski rayonunda neft buruğunda yanğın baş verib.
Operativ Media xəbər verir ki, baş verən yanğın və qazma qurğusunun çökməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Yanğına qaz qabarcığının quyuya daxil olması səbəb olub.
Xəsarət alan işçilər xəstəxanaya aparılıb.