AZ

“Əl-Hilal” Fernandeşi transfer etməkdə israrlıdır

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşi transfer etməyə ciddi şəkildə çalışır.

90deqiqe.Az xəbər verir ki, “Əl-Hilal”ın prezidenti Fahad Bin Saad Bin Nafel Londonda futbolçunun nümayəndələri ilə görüş keçirib. Görüş zamanı klub rəhbəri “Əl-Hilal”ın iddialı idman layihəsi barədə təfərrüatları təqdim edib.

Daha sonra Fernandeşin agentləri 3 illik müqavilə şərtlərini müzakirə etmək məqsədilə Ər-Riyada gediblər. Lakin hazırda portuqaliyalı futbolçu gələcəyi ilə bağlı yekun qərar verməyib.

Bildirilir ki, illik 30-35 milyon avro aralığında təklif ediləcək əməkhaqqı Fernandeşi razı sala bilər. Bununla belə, hələlik rəsmi təklifin təqdim olunmadığı qeyd olunur.

Futbolçunun alış qiyməti 65 milyon avrodur. “Əl-Hilal” Fernandeşin təklifə reaksiyasını gözləyir, futbolçunun özü isə daha sərfəli şərtlərə ümid edir.

Cari klub mövsümündə 54 matçda 19 qol vuran yarımmüdafiəçi 19 məhsuldar ötürmə edib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr