Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət millimiz ikinci yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında mayın 9-da təşkil olunan ilk yoxlama görüşündə U-16 millimiz 2:1 hesablı qələbə qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta