...İspaniya La Liqasının 2024/2025 mövsümünün 35-ci turunun Kataloniya "Barselona"sı və "Real Madrid" komandalarının qarşılaşması başa çatıb.
Oyun Barselonadakı Olympic Lluís Companys stadionunda baş tutub.
Qarşılaşmanın baş hakimi Alexandro Hernandes olub.
SİA-nın məlumatına görə, qarşılaşma 4:3 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb....Beşinci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe penaltidən hesabı açıb.
14-cü dəqiqədə Mbappe dubla imza atıb. İlk hissənin ortalarında meydan sahiblərinin müdafiəçisi Erik Qarsiya hesabdakı fərqi azaldıb.
32-ci dəqiqədə oyunda hesabı mavi-qranatlı cinah oyunçusu Lamin Yamal bərabərləşdirib.
34-cü dəqiqədə hücumçu Rafinya "Barselona"nı hesabda irəli çıxarıb.
İlk hissənin sonunda Rafinya matçda ikinci qolunu vurub.
70-ci dəqiqədə Mbappe "Real"ın 3-cü qolunu vuraraq het-trikedib.
La Liqanın 2024/25 mövsümünün turnir cədvəlinə 35 oyundan sonra 82 xalı olan "Barselona" başçılıq edir.
“Real Madrid” eyni sayda oyundan sonra 75 xalla ikinci yerdədir.