İspaniya La Liqasının XXXV turunda "Barselona" "Real"ı qəbul edib. 

Offsideplus.az xəbər verir ki, Hansi Flikin komandası rəqib üzərində 4:3 hesablı qələbəyə sevinib. Kataloniya təmsilçisinin heyətində Lamin Yamal, Erik Qarsiya fərqlənib, Rafinya dubl edib. "Real"ın 3 qoluna isə Kilian Mbappe imza atıb. 

Bu qalibiyyətdən sonra lider "Barselona" turnir cədvəlində xallarının sayını 82-yə çatdırıb. "Real" isə 75 xalla 2-cidir.