AZ

Azərbaycan yığması ikinci görüşü uduzdu

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar arasında mayın 9-da təşkil olunan ilk yoxlama görüşündə U-16 millimiz 2:1 hesablı qələbə qazanıb.

Seçilən
0
4
futbolpress.az

6Mənbələr