AZ

Şəhid polkovnikin qızı dünyasını dəyişdi

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun kəskin böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir müalicə alan 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Cəfərov Zaur Hüseyn oğlu 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində doğulub.

2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək qəhrəmancasına şəhid olub.

2 qız, bir oğul övladı var idi.

Seçilən
0
2
unikal.az

3Mənbələr