Qax rayonunda əsən güclü külək ciddi fəsada yol açıb.
Publika.az "Report"a istinadlaxəbər verir ki, rayonun Qaxingiloy kəndində yağışla müşahidə olunan güclü külək kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü qopardaraq qonşu həyətə atıb.
Evə ciddi maddi ziyan dəyib, yağan güclü yağış nəticəsində otaqlar su ilə dolub.