AZ

Bağdaddakı səfirliyimiz ziyarət edilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanın İraqdakı səfirliyi ziyarət edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, səfirlik, İraq Daxili İşlər Nazirliyinin diplomatik nümayəndəliklərin mühafizəsi idarəsinin rəisi general-leytenant Balasim Haməd Həsən, Türkiyənin Bağdaddakı səfirinin müavini Hüseyn Xəncər, habelə Ərbil Yazıçılar Birliyinin sədri Yaşar Altıbarmağın rəhbərlik etdiyi 5 nəfərdən ibarət yazıçılar qrupu tərəfindən ziyarət olunub.

Seçilən
0
1
sia.az

2Mənbələr