"Neftçi"nin əvəzedicilərdən ibarət komandası çempionluq yolunda ağır zərbə alıb. 

Offsideplus.az xəbər verir ki, Rəşad Abdullayevin yetirmələri bu gün Əvəzedicilər Liqasında səfərdə "Turan Tovuz-2" ilə oyunda vacib 2 xal itirib.

"Neftçi-2" hesabı açsa da, daha sonra 2 top buraxıb. "Ağ-qaralar" yalnız son saniyələrdə məğlubiyyətdən xilas olublar - 2:2.

Hazırda çempionluğa iddialı "Sabah-2" və "Neftçi-2"nin 67 xalı var. "Sabah-2" qələbələrin sayına (21) görə birinci pillədə qərarlaşıb. Növbəti turda hər iki komanda qalib gələrsə, qızıl medalların taleyi axırıncı turda "Sabah-2" - "Neftçi-2" matçında müəyyənləşəcək.

Əvəzedicilər Liqası, XXXIV tur

"Turan Tovuz-2" - "Neftçi-2" 2:2

"Səbail-2" - "Zirə-2" 0:5