AZ

Ankara MƏQSƏDİNİ AÇIQLADI

Rusiya və Ukrayna

Rusiya və Ukrayna arasında danışıqların təşkilində Türkiyənin yeganə məqsədi regionda sülhün bərqərar olmasıdır.

Publika.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik "AHaber" telekanalının efirində deyib.

"Türkiyə üçün yeganə fayda qlobal və regional sülhün bərqərar olması və onun qorunub saxlanmasıdır. Bundan başqa Türkiyənin heç bir məqsədi və ya gizli gündəmi yoxdur", - partiya sözçüsü bildirib.

Çelik əlavə edib ki, Türkiyə hər kəs masanı alt-üst edərkən danışıqları təşkil etməyə davam edir.

Seçilən
0
publika.az

1Mənbələr