AZ

ABŞ ilə dolayı danışıqlar çətin, lakin faydalı oldu - İran XİN

BAKI, TurkicWorld

Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı Omanda keçirilən növbəti dolayı danışıqlar çətin keçib, lakin tərəflərin mövqelərinin daha yaxşı anlaşılması baxımından faydalı olub.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib.

“İran və ABŞ arasında dördüncü dolayı danışıqlar raundu başa çatdı; danışıqlar çətin, lakin bir-birinin mövqeyini daha yaxşı anlamaq və fikir ayrılıqlarının həlli üçün məqbul və real yollar tapmaq baxımından faydalı oldu” – deyə, o X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, bugün Omanın paytaxtı Məsqətdə İranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə ABŞ və Tehran arasında danışıqların dördüncü mərhələsi başa çatıb. Bu vaxta qədər ABŞ və İran Omanın vasitəçiliyi ilə üç danışıqlar raundu keçiriblər. Birinci raund aprelin 12-də Məsqətdə, ikinci aprelin 19-da Romada, üçüncü isə aprelin 26-da yenidən Məsqətdə baş tutub. İran nümayəndə heyətinə Xarici İşlər Naziri Seyid Abbas Araqçi rəhbərlik edir, ABŞ tərəfini isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.

Seçilən
0
50
turkic.world

10Mənbələr