Yazını böyüt
Yazını kiçilt
Mayın 4-də hücuma məruz qalan Rusiyanın hərbi-sənaye kompleksi (MİK) üçün elektronika istehsalı üzrə ixtisaslaşan “Strela” zavodu faktiki olaraq məhv edilib.
Hafta.az “UNİAN”-a istiandla xəbər verir ki, bu barədə “Defense Express” nəşri “OSINT” icmasının dərc etdiyi peyk görüntülərinə istinadla məlumat yayıb.
Nəşr xatırladıb ki, Ukrayna Müdafiə Qüvvələri ötən payız da daxil olmaqla, bu zavoda bir neçə dəfə hücum edib. Həmin vaxt emalatxanalar, anbarlar və s. vurulub.
İndi yayımlanan peyk görüntüləri qeyd edib ki, son hücum nəticəsində əsas istehsalat binaları və anbarlar sıradan çıxıb.