BAKI, TurkicWorld
Omanın paytaxtı Məsqətdə İranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə ABŞ və Tehran arasında danışıqların növbəti mərhələsi başa çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd edək ki, bu vaxta qədər ABŞ və İran Omanın vasitəçiliyi ilə üç danışıqlar raundu keçiriblər. Birinci raund aprelin 12-də Məsqətdə, ikinci aprelin 19-da Romada, üçüncü isə aprelin 26-da yenidən Məsqətdə baş tutub. İran nümayəndə heyətinə Xarici İşlər Naziri Seyid Abbas Araqçi rəhbərlik edir, ABŞ tərəfini isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.
Xəbər yenilənəcək