Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.
90deqiqe.Az -ın məlumatına görə, siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.
“Qarabağ” son göstəricilərlə reytinqdə 10 pillə irəliləyərək 143.5 xalla 114-cü sıraya yüksəlib. Bu nəticə ilə Ağdam təmsilçisi ölkə klubları arasında ən yüksək mövqeyə sahibdir.
Digər təmsilçilərdən “Zirə” 94.75 xalla 220-ci pillədən 233-cü yerə geriləyib. “Sabah” isə 26 pillə irəliləyərək 68.5 xalla 367-ci sırada qərarlaşıb.
“Araz-Naxçıvan” da irəliləyişə nail olub – 58.75 xalla 492-ci yerdən 454-cü pilləyə qalxıb.
Ümumilikdə 501 klubun yer aldığı siyahıya 490 xalla İspaniya nəhəngi “Real Madrid” liderlik edir.