Mayın 10-u saat 22:00 radələrində Balakəndə fərdi yaşayış evlərindən birində kişi meyiti aşkarlanıb.
“Qafqazinfo”nun məlumatına görə, meyitin tüfeyli həyat tərzi keçirən Mamontov Leonid Vladimiroviçə aid olduğu müəyyən edilib.
Qeyd edək ki, o, Balakən rayonu Mahamalar kəndi ərazisindəki evində tək yaşayırmış.
Faktla bağlı araşdırma aparılır.