AZ

Karateçilərimiz dünya çempionatında növbəti medallarını qazanıblar

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ənənəvi karate millisi Polşanın Pulavı şəhərində keçirilən fudokan üslubu üzrə X dünya çempionatında növbəti medallarını qazanıb.

Hafta.az xəbər verir ki, böyüklər arasında Hacıəli Vəlizadə (+80 kiloqram) qızıl, Kamran Heydərzadə (80 kiloqram) bürünc mükafata layiq görülüb.

21 yaşadək idmançıların mübarizəsində Vüsal Seyidov (60 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Veteranların yarışında isə Siyavuş Bayramov (75 kiloqram) üçüncü olub.

Gənclərdə Tahir Ələkbərov (75 kiloqram) qızıl, Məhəmməd Bağırov (65 kiloqram) gümüş medalı boynundan asıb.

Qızlar arasında Şəfaqət Zeynallı (60 kiloqram), yeniyetmə oğlanların yarışında Qorxmaz Səfərli (60 kiloqram) birinci olub.

Uşaqların mübarizəsində isə Yusif Mustafazadə (35 kiloqram) bürünc mükafata sahib çıxıb.

Kişilər arasında mütləq çəkidə Babək Qələmzadə ilk döyüşdə erməni rəqibini 4:0 hesabı ilə məğlub edib. Ardınca 4 döyüş keçirən karateçimiz zədə səbəbindən finalda polşalı rəqibinə uduzaraq, gümüş medal əldə edib.

Qeyd edək ki, fudokan karate üzrə dünya çempionatı hər 4 ildən bir keçirilir.

Seçilən
0
2
hafta.az

3Mənbələr