AZ

Mançesterlilər İtaliya millisinin futbolçusunu istəyir

BAKI, 11 may. TELEQRAF

İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted" klubları "Nyukasl Yunayted"in futbolçusu Sandro Tonali ilə maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində məşhur insayder Nikolo Skira məlumat yayıb.

Mənbənin sözlərinə görə, hər iki Mançester təmsilçisi yay transfer pəncərəsində 25 yaşlı yarımmüdafiəçini heyətinə cəlb etməyə çalışacaq.

"Sağsağanlar" İtaliya milli komandasının üzvünü komandada saxlamaq niyyətindədir. Tonalinin Nyukas təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun bazar dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, Sandro Tonali "Nyukasl Yunayted"ə 2023-cü ilin yayında "Milan"dan 64 milyon avro qarşılığında keçib. Bu müddət ərzində o, bütün turnirlərdə iştirak etdiyi 54 oyunda altı qol və üç məhsuldar ötürmə müəllifi olub.

Seçilən
0
teleqraf.com

1Mənbələr