AZ

Roma Papası dünya liderlərinə sülh çağırışı etdi

​BAKI, 11 may. TELEQRAF

Roma Papası XIV Leo ilk bazar günü moizəsində Ukrayna və Yaxın Şərqdə, həmçinin Hindistan ilə Pakistan arasında baş verən münaqişələrin həllinə çağırış edib.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Vatikanın başçısı Müqəddəs Pyotr meydanında “Göylərin Kraliçası” duasından sonra etdiyi çıxışında İkinci Dünya Müharibəsinin 60 milyon insanın həyatına son qoyduğunu xatırladıb və müasir dövrün siyasi liderlərini sülhə çağırıb:

“Sürətli və ədalətli sülhə nail olmaq, bütün əsirlərin azad edilməsi və uşaqların ailələrinə qaytarılması üçün mümkün olan hər şeyi etməyə çağırıram”.

O, eyni zamanda, Qəzza zolağında yaşayan insanlara humanitar yardım göstərilməsinə və bütün girovların azad edilməsinə çağırış edib. Papa Hindistan ilə Pakistan arasında atəşkəsin əldə olunması xəbərini məmnuniyyətlə qarşıladığını vurğulayıb və yaxın gələcəkdə bu ölkələr arasında barışıq sazişinin imzalanacağına ümid etdiyini qeyd edib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr