AZ

İtaliya Ukraynaya 2,5 milyard avro məbləğində hərbi və humanitar yardım göstərib

BAKI, TurkicWorld

İtaliya Ukraynaya hərbi və humanitar məqsədlərlə, birbaşa və Avropa İttifaqının ortaq fondları vasitəsilə ümumilikdə 2,5 milyard avro məbləğində yardım göstərib.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olunub.

“İtaliyanın Ukraynaya verdiyi dəstək – hərbi yardım və Avropa İttifaqının (Aİ) mexanizmləri vasitəsilə edilən ödənişlər daxil olmaqla təxminən 2,5 milyard avroya çatır. Bu məbləğin təxminən 1 milyard avrosu qaçqınlar üçün, 310 milyon avrosu dövlət büdcəsinin dəstəklənməsi, 93 milyon avrosu isə humanitar fəaliyyətlər üçün ayrılıb” – deyə, bəyanatda bildirilib.

Nazirlik həmçinin bəyan edib ki, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani bazar ertəsi Londonda keçiriləcək görüşdə Fransa, Almaniya, İspaniya, Polşa, Böyük Britaniya və Avropa İttifaqının xarici işlər nazirləri, eləcə də Ukraynanın xarici işlər naziri ilə bir araya gələcək.
“Görüşdə Moskva ilə Kiyev arasında atəşkəs və ədalətli sülh razılaşmasına dair diplomatik səylərin nəticələri, Ukraynanın bərpası üzrə prioritetlər və gələcək perspektivlər, o cümlədən ölkənin Aİ-yə üzvlük prosesi müzakirə olunacaq” – deyə, nazirliyin açıqlamasında qeyd olunub.

Seçilən
0
turkic.world

1Mənbələr